“Bu gün 700 mindən artıq şəxsin pensiyasına əlavəni dövlət öz vəsaiti hesabına ödəyir”
İndex.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması həssas qrupa aid vətəndaşların sosial həyatı üçün önəmli idi. Ona görə də artımlar həmin təbəqələr üçün hədəflənmişdi. Bu gün 700 mindən artıq şəxsin pensiyasına əlavəni dövlət öz vəsaiti hesabına ödəyir. Əgər həmin əlavələr ödənməsəydi, o zaman həmin pensiyaçılar indiki pensiyalarını iki dəfə aşağı alacaqdı. Odur ki, dövlət dəstəyi ilə ən aşağı gəlirli pensiyaçının pensiyası iki dəfə artıq ödənilir”.