Binəqədinin bəzi hissəələrində su olmayacaq

Bu gün Binəqədi rayonu bəzi qəsəbələrində suyun verilməsində məhdudiyyətlər yaranacaq.

İndex.az “Azərsu” ASC-əyə istinadən xəbər verir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.