SOCAR: “Bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəyə baxır və hidrogenin inkişafına maraq göstərir.

İndex.az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib.

O bildirib ki, SOCAR hidrogenin inkişafına böyük önəm verir və artıq bununla bağlı müvafiq strategiyanın hazırlanması üzərində işləyir: “Biz hidrogen istehsalı və istifadəsi ilə məşğul olan bir şöbə yaratmışıq və hidrogenin Cənub Qaz Dəhlizi və ya digər mövcud boru kəməri sistemləri vasitəsilə bazarlara nəqli variantlarını fəal şəkildə öyrənirik. Artıq İsveçrədəki bəzi yanacaqdoldurma məntəqələrində hidrogen yanacağı doldurmaq üzərində işləyirik və 2022-ci ildə istismara verilməsini planlaşdırırıq”.

O, SOCAR-ın karbondan təmizləmə işlərinə ciddi yanaşdığını bildirib və əlavə edib ki, BP şirkəti ilə birlikdə, fövqəladə hallar istisna olmaqla, bütün obyektlərdə qazın yandırılması dayandırılıb: “Bütün dəniz əməliyyatları üçün sıfır tullantı siyasəti tətbiq edilib”.

Ancaq bununla belə vurğulayıb ki, SOCAR “yaşıl enerji”yə keçidin zəruriliyini nəzərə alaraq, qazın əhəmiyyətli bir yanacaq olaraq qalmağa davam edəcəyi üçün qarşıdakı dövrün daha çox inqilab deyil, “yaşıl təkamül” olaraq xarakterizə ediləcəyini bildirib: “Bir çox ABŞ və avropalı siyasətçiləri elə davranırlar ki, sanki üzvü yanacaqdan uzaqlaşan bir enerji artıq baş verib, tələb meylləri və qiymət tendensiyaları isə başqa bir şey söyləyir”.