![Benzinin bahalaşma – SƏBƏBİ](https://index.az/wp-content/uploads/2022/04/1631684858_benzinin-bahalama-sbbi.jpg)
Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır.
İindex.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Xatırladaq ki, bu gündən sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,9 manata və 1,6 manata satılır.