31 yanvar 2022-ci il tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 706,5 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 21,5% azdır.
İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) problemli kreditlərin payı 4,1% təşkil edib.
Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nəzərən 2,1 faiz bəndi azalıb.