"Express Bank" "International" BOKT-u şikayət edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “International” QSC bank olmayan kredit təşkilatı (BOKT) haqqında iş qaldırıb

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş “Express Bank” ASC-nin ərizəsi əsasında “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.

İşə fevralın 28-də baxılacaq.