Bu ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 148,135 milyon manat təşkil edib.
İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.
Buna da bax: Banklar sahibkarlara 1.3 milyard manat kredit verib
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub.
BFB-nin dövriyyəsinin 48,4%-i, yaxud 6 851,011 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 10,5% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 63,5% azalaraq 651,379 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 6 645,746 milyon manat olub.