“Azərkosmos” ixracdan 2 milyon dollar qazanıb

“İxrac icmalı”nın fevral sayı təqdim olunub.

İndex.az icmala istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 0,4 milyon ABŞ dolları ilə ABŞ, 0,4 milyon ABŞ dolları ilə Fransa, 0,2 milyon ABŞ dolları ilə BƏƏ, 0,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.