Bitkoin yenidən bahalaşdı

Dünən axşamdan başlayaraq kriptobirjalar canlanıb.

İndex.az xəbər verir ki, kriptovalyutaların göstəricilərdə artım müşahidə edilir. Dünyanın ən populyar kriptovalyutası Bitkoin (BTC) artıq özünə 43 min dolların üzərində lövbər salıb.

Bakı vaxtı ilə 08:00-dək BTC 14% dəyər qazanaraq 43 170 dollara çatıb.

Digər altcoin-lərdə də artımlar var. Məsələn, Etherium-un (ETH) qiyməti günlük 11,61% artaraq 2 915 dollar səviyyəsinə çatıb.