“Mastercard” Rusiyaya qarşı sanksiyalara qoşularaq bu ölkənin bir neçə maliyyə qurumunu ödəniş sistemindən çıxarıb.
İndex.az xəbər verir ki, bu barədə kampaniyanın Baş direktoru Maykl Mibax açıqlama verib.
“Biz öhdəliklərimizə tam əməl etmək üçün yaxın günlərdə tənzimləyicilərlə işləməyə davam edəcəyik”, – açıqlamada qeyd olunur.
“Mastercard” ödəniş sistemindən ayrıldıqdan sonra bu bankların kartları ilə xaricdə və xarici onlayn mağazalarla ticarət etmək mümkün olmayacaq.