Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.
İndex.az xəbər verir ki, 28 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) mart fyuçerslərinin qiyməti 1 133 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5%-dən çoxdur.