Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,5 ABŞ dolları və ya 1,73% artaraq 88,19 dollar təşkil edib
Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.