Putinin əmrindən sonra Avropada qazın qiyməti düşür

Rusiya Prezidenti Vladimir Putin “Qazprom”a Avstriya və Almaniyadakı anbarları doldurmağı tapşırdıqdan sonra, Avropada qaz fyuçerslərinin birja kotirovkaları kəskin şəkildə aşağı düşüb.

İndex.az xəbər verir ki, Çərşənbə axşamı günü keçirilən hərracda noyabrda tədarük edilən qaz müqavilələri həftəyə 1050 dollardan yuxarı səviyyədə başlasa da, sonra ayın ən aşağı səviyyəsinə – min kubmetr üçün 915 dollara düşüb.

Bakı vaxtı ilə saat 13.58-də ICE birjasında növbəti ayın fyuçersləri 8,2% düşərək bir meqavat/saat üçün 79,7 avroya (min kubmetr üçün 954 dollar) satılıb.

Dekabr ayı üçün qaz 957 dollar, yanvar və fevral üçün isə 950-955 dollar aralığındadır.

Bazar aprel ayından qiymətlərin min kubmetr üçün 535 dollara, sonra isə iyunda 506 dollara enəcəyini gözləyir.

Qış mövsümünü anbarlarda rekord aşağı ehtiyatlarla qarşılayan Avropa İttifaqına qaz tədarükünü artırmaq əmrini Putin, çərşənbə günü Yamaldakı qaz yataqlarının işlənməsi ilə bağlı iclasda verib.

©Marja