![Əhali bu il benzin və dizelə nə qədər xərcləyib?](https://index.az/wp-content/uploads/2022/04/1636721646_benzin-dizel.jpg)
Bu ilin yanvar-oktaybr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 78,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur.
Bu ilin ilk 10 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.