Ukrayna Rusiya qazına alternativ tapıb

Ukrayna bəyan edib ki, Rusiya qazı olmadan da keçinmək mümkündür. Yanacaq çatışmazlığı Slovakiya vasitəsilə təmin oluna bilər.

İndex.az xəbər verir ki, bunu ölkənin Energetika nazirinin müavini Maksim Nemçinov “1+1” telekanalında verilişdə olarkən bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna anbarlarında kifayət qədər təbii qaz var. Bununla belə, nazir müavini vurğulayıb ki, kəsir yarandıqda idxal edə bilərlər.

Nemçinov qeyd edib ki, Ukrayna Slovakiyadan qaz ala bilər. O, həmçinin əmin olduğunu bildirib ki, “Naftoqaz”ın yanacaq almaq üçün kifayət qədər vəsaiti və ehtiyat GTS imkanları var.

Nazir müavini onu da bildirib ki, Ukraynanın qışın sonunda qədər ala biləcəyi qazın təxmini qiyməti 1000 kubmetr üçün təxminən 26 min qrivna (təxminən min dollar) təşkil edir.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Eduard Heqerlə Ukraynaya qaz nəqlinin artırılması imkanlarını müzakirə etdiyini bildirmişdi. 2015-ci ilin sonundan Kiyev qazı birbaşa Rusiyadan almır, onu Avropaya tranzit həcmlərinin bir hissəsi şəkilində əldə edir. Bu, fiziki reverslərdən daha ucuz, birbaşa göndərişlərdən isə daha bahadır.

Ukrayna rəsmiləri əmindirlər ki, Rusiyadan birbaşa yanacağın idxalı ölkənin suverenliyinə təhlükə yaradacaq.

Marja