İnternet dələduzları SOCAR-ı hədəfə aldı

Növbəti dəfə internet dələduzları tərəfindən göndərilən elanlarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bəzi başqa şirkətlər adından hədiyyə udmaq imkanı təklif olunur.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı müraciətdə deyilir.

Bildirilir ki, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etməkdir.

SOCAR qətiyyətlə bəyan edir ki, internet üzərindən sorğu və ya müsabiqələr keçirməklə uduş və qazanc əldə etmək imkanlarını təklif etmir.

“Azərbaycanda SOCAR-ın rəsmi elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyyə edirik”, deyə məlumatda deyilir..