Xətai rayonu, Gəncə prospekti 89, 95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.
İndex.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.
Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.
Məsələ ilə bağlı “Azəristiliktəchizat”la əlaqə saxladıq. Qurumun rəsmisi Rafiq Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən, bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: