![“Telegram”da yeni funksiyalar yaradılıb](https://index.az/wp-content/uploads/2022/04/1640928903_43814193_303.jpg)
“Telegram” messencerinin il ərzindəki 12-ci yenilənməsi istifadəyə verilib.
Tətbiqin növbəti versiyasında bir sıra yeni funksiyalar peyda olub. Bunlar mesajların avtomatik tərcüməsi, unikal dizaynlı QR kodlar, gizli mətn və digər funksiyalardır.
Bu barədə şirkətdən yayılan press-relizdə məlumat verilib.
Bildirlib ki, hazırda “Telegram”dan dünyanın hər yerindən 500 milyondan çox insan istifadə edir.
Mənbə: TASS