"Huner Group"un rəhbəri işçilərinin maaşını 20% artırdı

Azərbaycanın iri inşaat və tikinti şirkətlərindən biri olan “Huner Group” şirkətində işləyən əməkdaşların əmək haqqıları artırılıb.

İndex.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Ehtiram Quliyev özünün sosial şəbəkə hesabında bildirib.

E. Quliyev bildirib ki, Cənab Prezident bu yaxınlarda dövlət büdcəsindən maliyyələşən bir sıra dövlət qurumlarında çalışan işçilərin əmək haqqının 20% artırılması haqqında sərəncam imzalayıb: “Biz də bir özəl təşkilat olaraq dövlətimizin siyasətinə səs verdik və “Huner Group”un tərkibində olan müəssisələrdə (“Huner Group”un baş ofisi, “Premium Medical Assistance”, “Darçın” aptekləri, “Tamam A”) çalışan bütün əməkdaşlarımızın əmək haqqını 20% artırırıq”.

Sonda E. Quliyev bildirib ki, inşallah gələn hər yeni il dövlətimizə və millətimizə bir-birindən daha uğurlu olacaq.