“Apple”in bazar dəyəri 3 trilyon dollara çatıb

“Apple” dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət olub.

İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin ilk ticarət günündə şirkətin səhmlərinin qiyməti 182,88 dollara yüksəlib. Nəticədə şirkətin bazar qiyməti gün ərzində 3 trilyon dollara çatıb.

Qeyd edək ki, “Apple” şirkətinin bazar dəyəri 2 avqust 2018-ci ildə 1 trilyon dollara, 19 avqust 2020-ci ildə isə 2 trilyon dollar çatmışdı.