Rayonda hotellərdə boşluqdur və qiymətlər əvvəlki vəziyyətinə qayıdıb.
İndex.az xəbər verir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
C.Aşırov bildirib ki, yeni il bayramından öncə qiymətlər 40 faizə qədər bahalaşmışdı, hotellərə tələbat həddən artıq çox idi:
“Lakin bayram sonrası insanlar öz işlərinə qayıdıblar. Regionlarda turist sayı azdır. Nə Bakıda, nə rayonda doluluq müşahidə olunmur. Xarici turistlər də yeni ilə görə əsasən öz ölkələrinə qayıdıblar. Hazırda həftə içi rayonlarda hotellərdə ucuz qiymətə istirahət etmək mümkündür”, – deyə C.Aşırov bildirib.
Ekspert bildirib ki, bayram günlərində rayonlardakı hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişirdi.
“Paketə daxil olan xidmətlərə, şou proqramlara görə qiymətlər də fərqli idi. Ancaq yeni il şənliklərindən sonra qiymətlər stabilləşib, indi hotellərdə boşluq müşahidə olunur”, – deyə C.Aşırov vurğulayıb.