"Toyota" "General Motors"un liderliyini əlindən aldı

Toyota 2021-ci ildə ABŞ-da ən çox satan avtomobil markası olaraq General Motors-un 90 illik liderliyini əlindən alıb.

Buna da bax: “Mercedes” 800 mindən çox avtomobili geri çağırır

İndex.az xəbər verir ki, ABŞ-da Toyota keçən il ən çox avtomobil satışı edən marka olaraq 1931-ci ildən bəri ilk dəfə General Motorsu (GM) liderlik “taxtından” salıb. Səbəbi də Toyotanın tədarük zənciri çətinliklərini və çip böhranını GM-dən daha yaxşı idarə etməsidir.

GM 2021-ci ildə 2.2 milyon avtomobil satışı etdiyini açıqlayıb. Bu, 2020-ci illə müqayisədə 12.9% azalma olduğu deməkdir.

Toyota isə 2021-ci ildə əvvəlki illə müqayisədə satışlarını 10.4% artıraraq 2.3 milyon ədədə yüksəldib.