“Ford”un satışları azalıb

2021-ci il ərzində “Ford Motor” transmilli avtomobil istehsalçısı təkcə ABŞ-da 1 905 955 avtomobil satıb.

Bu göstərici 2020-ci illə müqayisədə 6,8% azalıb.

Satışların azalmasının əsas səbəbi kimi ötən il tədarük zəncirinin uzunmüddətli darboğazlar və qlobal çip çatışmazlığı göstərilir.

Qeyd edək ki, Yaponiyanın “Toyota Motor” şirkəti ABŞ-ın digər nəhəng avtomobil istehsalçısını – “General Motors”u tarixdə ilk dəfə ABŞ üzrə satışlarda geridə qoyub. Belə ki, ötən il ərzində “Toyota” ABŞ-da 2,332 mln. avtomobil satdığı halda (illik müqayisədə 10% artım), GM-in satışları 13% azalaraq 2,218 mln. avtomobil təşkil edib.