Almatı hava limanı fəaliyyətini dayandırıb

Qazaxıstanın Almatı şəhərindəki hava limanı fəaliyyətini dayandırıb.

İndex.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı aeroportun Mətbuat Xidməti yayıb.

Məlumata görə, etiraz aksiyaları səbəbindən Aktobe və Aktau şəhərlərinin hava limanları da işini bərpa etməyib.

Qazaxıstanın bəzi vilayətlərində 25 sərnişin qatarının reysləri də təxirə salınıb.