“Pegasus” İstanbul-İrəvan-İstanbul aviareysləri üçün icazə alıb

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

İndex.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.