Moskvadan Bakıya uçuş biletinin qiyməti 1000 manatı keçib

Index.az xəbər verir ki, Banker.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata görə, Moskvadan Bakıya uçuşun qiymətlərində xeyli artım müşahidə olunub. Bu gün üçün Moskva-Bakı reyslərinə ən ucuz bir tərəfli biletin qiyməti 1034 AZN (Fly Dubai, uçuş müddəti 23 saat) təşkil edib. Əgər Moskadan Bakıya daha tez çatmaq istəyirsinizsə, o zaman xərciniz 4202 AZN (Turkish Airlines, Anadolu Jet) təşkil edəcəkdir. Qeyd edək ki, biletin ən tez olmasına baxmayaraq, bu reys sizi Moskvadan Bakıya 13 saata çatdıracaqdır.

Qiymət artımı Rusiya-Ukrayna müharibəsi fonunda bir çox aviaşirkətlərin Rusiyaya uçuşları dayandırması ilə bağlıdır.