Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 339,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 11,2% azallb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,1 % artıb.
İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və yaxud 73,5%-i məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı və yaxud 17,9%i- xidmət sahələrinə, 114,8 milyon manatı və yaxud 8,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və yaxud 58,2%-ni daxili vəsaitlər təşkil edib, 815,9 milyon manatı və yaxud 60,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2 aylıq investisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 75%, büdcə vəsaitləri 10,4%, əhalinin şəxsi vəsaitləri 9,4%, sair vəsaitlər 4,7%, bank kreditləri isə 0,5% paya malik olub.