Ölkədə illik inflyasiya cüzi azalıb

Bu ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil etmişdir.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 111,9 faiz təşkil etmişdir.