Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri-neft-qaz sektorunda isə 20,8% artıb.