İran “Rəmzrial” dövlət kriptovalyutasını buraxır

İran Mərkəzi Bankı “Rəmzrial” adlı milli kriptovalyutasının tezliklə rialın rəqəmsal əskinasları şəklində ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Buna da bax: Aktivlərin həcmi üzrə bankların – RENKİNQİ

İndex.az xəbər verir ki, bu barədə Bankın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Mustafa Kamerivəfa məlumat verib.

O bildirib ki, milli kriptovalyutanın istifadəsində banklara ehtiyac olmayacaq:

“Yeni maliyyə alətinin xüsusiyyətləri daha yüksək ödəniş sürəti və daha yüksək təhlükəsizliyi təmin etməsidir. Bu, e-ticarətin inkişafı üçün yeni bir mərhələdir”, – deyə bank rəsmisi bəyan edib.

Qeyd edək ki, İran dünyada kriptovalyuta istehsalının ən çox həyata keçirildiyi ölkələr sırasındadır. Ekspertlərin fikrincə, cənub qonşumuz bu yolla ABŞ sanksiyalarının təsirindən qurtulmağa çalışır.