Sahibkarlar 300 milyon manata yaxın güzəştli kredit alıb

2021-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə 287,7 milyon manat güzəştli kredit verilib.

İndex.az xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, bu kreditlər 1 902 layihə üzrə ayrılır.

Ötən il SİF verilmiş kreditlərin maliyyələşdirilməsi ilə bağlı 130 milyon manaqlıq proqnozu icra edib. Maliyyələşdirilmiş kreditlərin 60,4 milyon manatı və yaxud 46%-i kiçik və orta məbləğli kreditlər olub.