2021-ci ildə Azərbaycan xarici ölkələrlə 33,912 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,6% çoxdur.
Ötən il xarici ticarət dövriyyəsinin 22,207 milyard ABŞ dolları ixracın, 11,706 milyard ABŞ dolları isə idxalın payına düşüb. Əvvəlki ilə nisbətən ixrac 61,6%, idxal isə 9,1% artıb.
Son nəticədə xarici ticarətdə 10,501 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.