2021-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 milyon 341 min 851,30 ton həcmində neft məhsulları ixrac edib.
İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 649,9567 milyon ABŞ dolları təşkil edib.
2021-ci il ərzində ixrac edilən neft məhsullarının həcmi 2020-ci ilin müvafiq dövründən 26,13 %, dəyəri isə 2,2 dəfə çoxdur.
Ötən il ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,93 % olub.