2021-ci ildə Aərbaycandan 630 milyon 368 min dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor, xurma və fındıq hər biri 100 milyon dollardan çox valyuta gətirib.
Belə ki, 2021-ci ildə Azərbaycandan 160 milyon 229 min dollar dəyərində 145 min 217 ton pomidor ixrac edilib. Pomidor ixracı 2020-ci illə müqayisədə 2021-ci ildəməbləğ ifadəsilə 41 milyon 125 min dollar, miqdar ifadəsilə 42 min 322 ton azalıb.
2021-ci ildə Azərbaycandan 125 milyon 895 min dollar dəyərində 174 min 158 ton xurma ixrac edilib. Xurma ixracı 2020-ci illə müqayisədə 2021-ci ildəməbləğ ifadəsilə34 milyon 308 min dollar, miqdar ifadəsilə 48 min 386 ton artıb.
2021-ci ildə Azərbaycandan 111 milyon 788 min dollar dəyərində 19 min 459 ton fındıq ixrac edilib. Fındıq ixracı 2020-ci illə müqayisədə 2021-ci ildə məbləğ ifadəsilə 4 milyon 548 min dollar azalıb, miqdar ifadəsilə 566 ton artıb.