Azərbaycanın Aİ ilə xarici ticarət saldosu 15 milyard dolları keçib

Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 15,201 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 62,9% çoxdur.

İndex.az xəbər verir ki, 2021-ci ildə Azərbaycanın Aİ-yə ixracı 92,1% artaraq 13,064 mlrd. dollar, idxalı isə 15,6% azalaraq 2,137 mlrd. dollar təşkil edib.

Nəticədə, ötən il 10,928 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.