ABŞ buna görə 240 milyard dollar itirdi

Ötən il sənayedə mikroçiplərin çatışmazlığı səbəbindən ABŞ iqtisadiyyatı 240 mlrd. dollar itirib.

İndex.az “CBS News”a istinadən xəbər verir ki, çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.

ABŞ-da mikroçip çatışmazlığı əsasən avtomobil sənayesini ləngidib. Belə ki, ölkənin nəhəng avtomobil istehsalçısı “Ford Motor Company” mikroçip təchizatı çatışmazlığı səbəbindən təxminən 210 mlrd. dollar itirib.