"Bank of Baku" şöbə müdiri axtarır

Reklam şöbəsinin müdiri

Son tarix 09 yanvar 2022

Tələblər:

Sahə üzrə ali təhsil

Azərbaycan, rus və ingilis dilləri

Ən azı 3 il iş təcrübəsi

Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti

Komandada işləmək bacarığı

Təmkinlilik, etibarlılıq, özünə inam

Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı

Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı

Araşdırma və analitik düşünmə qabiliyyəti

Əsas vəzifə və öhdəliklər:

Reklam büdcəsini idarə etmək

Agentliklər və media qurumları ilə işləmək

Reklam yerləşdirməni effektiv idarə etmək

Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq

Bazar araşdırmaları aparmaq və mövcud bazarın cari vəziyyətini analiz etmək

Marketinq tədqiqatı və araşdırmaları ilə əlaqədar işləri planlaşdırmaq, təşkil etmək və icrasına nail olmaq

Müştəri axınını təmin etmək, təhlil etmək və təkliflər vermək

İş yeri: Baş İdarə

İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Reklam şöbəsinin müdiri qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.