"Bank of Baku"ya işçi axtarılır – VAKANSİYA

Qərarların icrası şöbəsinin hüquqşünası (Lənkəran filialı)

Son tarix 13 yanvar 2022

Əsas vəzifə və öhdəliklər:

Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası

İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi

İcra işləri üzrə bazanın yaradılması/işlənməsi

İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili

Tələblər:

Ali hüquqi təhsil

Azərbaycan dili üzrə əla bacarıqlar

MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı

Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

Sürücülük vəsiqəsi

İş yeri: Lənkəran şəhəri

İş vaxtı: 5 iş günü, 09.00-18.00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların icrası şöbəsinin hüquqşünası (Lənkəran filialı) qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.