Bankların xalis mənfəəti 700 milyon manata çatır

Cari ilin 9 ayında əhalinin banklarda əmanəti 27% artaraq 11 milyard manata yaxınlaşıb.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, əhalinin dollarlaşma səviyyəsi qeyd olunan dövrdə 39,2% təşkil edib.

“Bu da ötən dövr ərzində 4,4%, bütövlükdə isə bizim depozit bazamızda olan dollarlaşma əmsalından isə 10 bənd aşağı göstəriciyə çatıb. Bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb. Bu ilin 9 ayında banklarımızın toplam mənfəəti artıq 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən artıqdır”, – deyə Z.Nuriyev əlavə edib.