Mağaza müdiri
Son tarix 15 yan 2022
Əsas tələblər:
Ali təhsilli olmalı;
Pərakəndə satış sahəsində ən azı 2 illik rəsmi iş təcrübəsi olmalı;
Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
MS Office (Excel) proqramlarını bilməli;
Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlist danışıq bacarığı olmalıdır.
Vəzifə təlimatı:
Mağazanın gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət;
Mağaza açılışı zamanı satıcı-kassirə avans məbləğini təhvil vermək və təhvil-təslim aktına imza atmaq, günün sonunda kassa sayımını həyata keçirib məbləği təhvil götürmək;
Üst rəhbərin verdiyi işgüzar tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
Müntəzam olaraq məhsulların stoklarını yoxlamaq;
Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
Mağaza üçün lazım olan malların müvafiq firmalardan sifariş edilməsi;
Mağazanın personalının və satışının idarə edilməsi;
Dövri hesabatların hazırlanması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçta göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mağaza müdiri” qeyd etməyiniz xahiş olunur.