"Bank Respublika" "reception" axtarır – VAKANSİYA

Xidmətlər üzrə məsləhətçi (Reception, Şəki)

Son tarix 30 dekabr 2021

Ümumi vəzifə öhdəlikləri:

Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;

Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;

Müştərilər arasında aparılan sorğularda iştirak;

Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;

Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;

Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);

Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;

Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;

Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 dekabr 2021-ci il tarixinədək elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər ([email protected]).

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır