"Expressbank"a işçi tələb olunur

Xidmət üzrə mütəxəssis / aparıcı mütəxəssis (Bakı, Xaçmaz filialları üzrə)

Namizədə dair tələblər:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dilini bilənlərə üstünlük verilir);
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Təklif olunan vəzifədən asılı olaraq analojı sahə üzrə iş təcrübəsi;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Məsuliyyət, işdə dəqiqlik, ünsiyyət qurma, analitik zəka və müştəri ilə işləmə qabiliyyəti.

Görəcəyiniz işlər:
ARMB-nın bankdaxili prosedur və qaydalara əsasən fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
Mövcud müştəri bazasına uyğun bank məhsullarının və xidmət satışını həyata keçirmək;
Fəaliyyətinə uyğun bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətləri vermək;
Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
İdarə etdiyi portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
Görülmüş işlər üzrə hesabatlar vermək.

Bizim üstünlüklərimiz:
Tibbi sığorta;
Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
Peşəkar korporativ mühitdə işləmə imkanı.

İş şəraiti:
AR ƏM tələblərinə uyğun rəsmiləşdirmə;
İş saatları – 09:00-18:00
CV-lərinizi [email protected] email ünvanına müvafiq başlıqla göndərməyə tələsin.