"PASHA Bank"a işçilər tələb olunur

Accounting and Tax Specialist

Son tarix 07 yan 2022 

Bizimlə siz əldə edəcəksiniz:

Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı

Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi

Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı

Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı

Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

Bankın gündəlik fəaliyyətində Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq mühasibatlıq uçotunun aparılmasının koordinasiyası; 

Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;

Bankın Vergi Siyasətinin tətbiqi və müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;

Şöbənin gündəlik proseslərinin daxili qayda və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün bağlanması proseslərinə, mühasibatlıq və vergi əməliyyatlarının icrası;

Bankın gündəlik inzibati əməliyyatlarının uçotu;

Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdimi;

Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə müxabirləşmələrin yazılması;

Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;

Bankın bütün növ əməliyyat və kapital xarakterli xərclərinin düzgün uçotu;

Bankın bütün növ əməliyyat xərclərinin, ödənilməmiş öhdəliklərinin, müqavilələrin və invosyların hesablanması;

Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə invoysların yazılması, qaimələrin tərtibi;

Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq və hər hansı qəza, insident və təhlükəli hallar barədə dərhal rəhbərə məlumat ötürülməsi.

İşiniz nədən ibarətdir?

Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil

İş təcrübəsi: 1-3 il  

Lisenziya / Sertifikat: ACCA /Dip İFRS/ CIMA

Xarici dillər: İngilis, Rus 

Kompüter bilikləri: Microsoft Office

Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları

Bazar üzrə biliklər: Maliyyə bazarları və bank üzrə biliklər

Digər: İFRS knowledge

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Mühasibatlıq və vergi mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.