Bu nazirlikdə 308 vakant vəzifə üzrə iş var

Kənd Təsərrüfatı Nazirliyi 308 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

İndex.az nazirliyə istinadən xəbər verir ki, vakant vəzifələr üzrə sənəd qəbulu ötən gündən başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat gələn ilin yanvarın 25-nə qədər davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Bunu da oxu: Azərbaycanda yoxsa xaricdə istirahət etmək daha sərfəlidir? – QİYMƏT

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482