Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 857,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daha əvvəlki ilin 7 ayı ilə müqayisədə bu sahədə 2,4% artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,1% artaraq 315,1 milyon manat təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 17 milyard 976,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,9% çoxdur. Bunun 17 milyard 384 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,7% çoxdur.
Bunun 1 milyard 291 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 36,9% çoxdur.
Bunun 16 milyard 025,2 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə Azərbaycanda 25 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-avqust göstəriciləri ilə müqayisədə 56,3% azdır.
2022-ci ilin 7 ayı ərzində ölkədə 43,4 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 16 % çoxdur.