“MSDIS Holding” dövlət qurumunun iddiasını qəbul etmir

Dövlət Reklam Agentliyinin “MSDIS Holding”i məhkəməyə verməsi barədə xəbər vermişdik.

İXM-nin 428.7.1 maddəsi ilə ittiham olunan “MSDIS Holding” müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirib.

İndex.az “MSDİS Holding”in Marketinq departamentinin direktoru Şəfi Şəfiyevlə əlaqə saxlayıb.

Holdinq rəsmisi İndex.az-a bildirdi ki, söhbət “MSDİS Holding”in tərkibində olan yanacaqdoldurma məntəqələrində quraşdırılmış reklamdan gedir:

BUNU DA OXU – “Rabitəbank” bu şirkəti məhkəməyə verdi

“MSDİS Holding”in tərkibində olan bütün yanacaqdoldurma məntəqələrinin reklamla bağlı 1 illik icazəsi var. Hər birinin ödənişi olunub və əlimizdə sənədlər də var. Məhkəməyə niyə verilməyimiz haqqında heç bir fikrimiz yoxdur. Məhkəmənin vaxtı da bəlli deyil.”

BUNU DA OXU – Hacı Astarada “Allahın mülkünü” hasara alıb

Xatırladaq ki, şirkət bundan öncə 375 min manatlıq vergi borcu ilə gündəmə gəlmişdi. Bu məsələyə münasibət bildirən Şəfiyev qeyd edib ki, dövlət vergi orqanlarının sistemində holdinqin heç bir vergi borcu yoxdur: “Hüquqi şəxs olaraq hal-hazırda ən böyük vergi ödəyicilərindənik. Həmin məsələ isə şayiə idi”.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən “MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”“MS Asfalt” zavodu, “MS Laminat” və “MS Karyer” sahələridir.