“Rabitəbank” bu şirkəti məhkəməyə verdi

“Rabitəbank” ASC “SP.Corp” MMC ilə bağlı məhkəməyə müraciət edib.

İndex.az xəbər verir ki, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “Rabitəbank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Cavabdeh qismində Şükürov Pərviz Mətləb oğlu göstərilir.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Mənbə – Pravda.az