Bu yay Xəzər sahilində sahibkar və məmur işğalına son qoyulmağa başlandı. Proses Buznovnadan start götürdü. Əvvəlcə vətəndaşların dənizə girişini məhdudlaşdıran bir sıra məşhur restoranlar söküldü.
Buzovna sahilini zəbt edən restoranların söküntüsü məmur villalarından da yan keçməyib.
Artıq bir neçə dəbdəbəli mülkün dənizədək uzanan hasarı və estakadası sökülüb.
Maraqlıdır, bəs bu söküntü dalğası daha hansı sahilləri yuyacaq?
Şıx çimərliyi və Sahil qəsəbəsindəki sanatoriya və villaları hansı aqibət gözləyir.
Baku TV suala cavab axtarıb: