![Ruslan Əliyev bir qrup “Azəriqaz” əməkdaşını mükafatlandırdı](https://index.az/wp-content/uploads/2022/07/759bda05-92d8-43d3-8bb3-e7b9a2c8e0d2.jpg)
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan Regional qaz istismarı İdarəsinin Şirvan xidmət sahəsində olub.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, Şirvan XS-in inzibati binasında işçilər üçün yaradılan şəraitlə tanış olan baş direktor idarənin kollektivi ilə görüşüb. Qayğıları ilə maraqlanan Birlik rəhbəri onların problemlərinin həll olunması üçün Salyan RQİİ-nin rəhbərliyinə göstəriş verib.
Ruslan Əliyev əmək fəaliyyətində fərqlənən çilingər və qaynaqçı peşəsində çalışan 29 əməkdaşa Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib. Sonda baş direktor kollektivlə xatirə şəkli çəkdirib.