“Aİ-95 markalı benzinin kəskin bahalaşması avtomobil bazarına da təsir göstərəcək”.
Bunu İndex.az-a açıqlamasında ekspert Eyyub Əliyev deyib.
Onun sözlərinə görə, Aİ-95 markalı benzinin bahalaşması yeni avtomobil alanlara bir o qədər də təsir etməyəcək, lakin bu yanacaq növü ilə işləyən “ikinci əl” avtomobillərin bazar dəyəri düşəcək:
Bunu da oxu – https://index.az/ai-95-markali-benzin-ala-bilmeyenler-bunu-etsin-rey/
“Nümunə olaraq qeyd edə bilərəm ki, ölkəmizdə daha çox yayılmış “Ford Fusion”, “Chevrolet Cruze” kimi avtomobillərin kəskin ucuzlaşması baş verəcək. Yaxın günlərdə bu tip avtomobillərin qiymətində 1000-2000 manat arası ucuzlaşma müşahidə edəcəyik. Bundan əlavə, bir çox irihəcmli mühərrikə sahib olan “ikinci əl” avtomobillərin də qiymətində enmə müşahidə olunacaq. Söhbət ili 2017-ci ildən aşağı olan avtomobillərdən gedir. Hətta onu da deyə bilərəm ki, həftə sonu maşın bazarında bu model avtomobillərin satışda üstünlük təşkil edəcəyini görə bilərik”, – deyə o qeyd edib.
Bunu da oxu – https://index.az/super-markali-benzin-de-bahalasdi/
Yeni avtomobillərə gəlincə, ekspertin fikrincə, qiymət artımının bu tip avtomobillərə təsiri daha az olacaq: “Salonlardan bu avtomobilləri alanların əksəriyyəti gəliri yüksək olan insanlar olduğundan, onlar üçün qiymət artımının o qədər də böyük təsiri yoxdur”.